Nazirlər Kabinetinin hesabatı Milli Məclisə daxil oldu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a bildirilib ki, hesabatda hökumətin 2024-cü ildə gördüyü işlər, ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı ən müxtəlif məsələlər öz əksini tapıb. Hesabata ötən ilki hesabatın Milli Məclisdə müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülmüş təklif və tövsiyələr barədə də ətraflı məlumat daxil edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artması, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılması və həlli baxımından mühüm əhəmiyyət daşıyır.
Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununun 1-ci maddəsinə əsasən, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyəti haqqında hesabat verir.
Hesabat Milli Məclisin martın 14-də keçiriləcək plenar iclasında təqdim olunacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












