"Nəcməddin Sadıkovun xəyanətlərindən biridir” - 31 il keçdi - FOTO

Fevralın 14-də Murovdağ faciəsinin 31-ci ili tamam oldu.
Avtosfer.az xəbər verir ki, hər il olduğu kimi bu il də Murovdağ əməliyyatı və bu döyüşlərdə şəhid olanların sayı, eləcə də hadisələrin gedişatı ilə bağlı müzakirələr davam edib.
Belə ki, sosial şəbəkələrdə çoxsaylı paylaşımlarda Murovdağ faciəsi zamanı 1500-dən artıq hərbçimizin donaraq həyatını itirməsi bildirilir. Bu rəqəmin ortaya çıxmasında isə “Vikipediya”da daha əvvəl yerləşdirilmiş məlumat rol oynayıb.
Kiçik araşdırma göstərir ki, əvvəllər yerləşdirilmiş məlumatda Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü ilin fevralındakı əməliyyat zamanı Murovdağda 1592 hərbçisini itirdiyi qeyd edilib. Onlardan 1337-sinin donaraq öldüyü, 111 nəfərin itkin düşdüyü, digərlərinin isə döyüş şəraitində şəhid olduğu bildirilib.
Lakin sonradan həmin məlumata düzəliş edilib. Keçmiş döyüşçülər, eləcə də əməliyyatda iştirak etmiş zabitlər Murovdağ faciəsi zamanı insan itkisinin 250 nəfər civarında olduğunu bildiriblər.

(2).jpg)
“Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, qazi jurnalist Rey Kərimoğlu da “Vikipediya”dakı yanlışlığın aradan qaldırılması barədə paylaşım edib: “Bu işlə bağlı məhkəmə istintaqı olub. Briqada komandirinin müavini Nəriman Zeynalovun sözlərinə görə, istintaq zamanı dəqiqləşib ki, 250 nəfərə yaxın şəxs ya yaralanaraq, ya da donaraq şəhid olub. Adlı siyahı da var istintaqda. Qəhrəman döyüşçülərimizin sayəsində isə düşmən tərəfinin itkisi 800 nəfər olub”.
R.Kərimoğlu Murovdağdakı uğursuzluğun müdafiə nazirinin sabiq 1-ci müavini - Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun Azərbaycana qarşı xəyanətlərindən biri olmasını da vurğulayıb.
Fotolar Birinci Qarabağ müharibəsi iştirakçısı, fotoqraf Xalid Əsgərova məxsusdur.



Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA










