Nəqliyyat dəhlizləri açılacaq, bu qaçılmazdır - RUSİYADAN MÜSAHİBƏ

Zəngəzur dəhlizi mütləq işləyəcək.
Bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun baş elmi işçisi, Qətər Universitetinin Körfəz Ölkələri Araşdırmaları Mərkəzinin dosenti Nikolay Kojanov Caliber.Az-a verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu indi Ermənistanda daha çox daxili siyasət məsələsidir.
“Çoxsəviyyəli düşüncəni nəzərə almalıyıq. Rusiya tərəfində prioritet Cənubi Qafqaz sərhədlərini aşan nəqliyyat dəhlizlərinin inkişafıdır. Ermənistan rəhbərliyi hər şeyi son hadisələr, müharibə zamanı məğlubiyyət prizmasından qəbul edir. Burada müharibədə məğlub olan ölkə sindromundan danışa bilərik. Bu, bir çox cəhətdən vəziyyətə qərəzsiz baxmağa imkan vermir”, - deyə Nikolay Kojanov bildirib.
Ekspert bildirib ki, Moskva Naxçıvanla nəqliyyat əlaqələrinin təmin olunmasının vacibliyini nəzərə alır.
“Cənubi Qafqazdakı dəhlizlər də təbii ki, təhlükə altında olmamalıdır. Obyektiv olaraq desək, bu nəqliyyat dəhlizlərinin mühüm elementi kimi məhz Azərbaycan qəbul ediləcək, Ermənistan deyil, İrəvan da bunu qəbul edə bilmir”, - deyə müsahib bildirib.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












