Nəqliyyat nazirlərinin üçtərəfli görüşü üçün şərt açıqlandı

Azərbaycan razılıq verərsə, Türkiyə, Azərbaycan və Ermənistan nəqliyyat nazirlərinin üçtərəfli görüşü təşkil edilə bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu açıqlamasında bildirib.
Abdülkadir Uraloğlu vurğulayıb ki, üçtərəfli görüşün keçirilməsi tamamilə Azərbaycanın mövqeyindən asılıdır: “Biz Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə tez-tez görüşürük. Ermənistanın nəqliyyat naziri ilə də bir neçə dəfə görüşlərimiz olub. Üçtərəfli görüşün keçirilməsi yalnız Azərbaycanın razılığı ilə mümkündür. Razılıq olarsa, biz buna tam hazırıq, çünki Azərbaycanın mövqeyi bizim üçün böyük əhəmiyyət daşıyır”.
Nazir əlavə edib ki, Zəngəzur dəhlizi üçün hazırlıqlar yüksək səviyyədədir və Azərbaycanla kifayət qədər koordinasiyalı iş aparılıb:
“Sülh prosesi tam şəkildə həyata keçdikdən sonra nə etməli olduğumuzu əvvəlcədən planlaşdırmışıq. Bütün hazırlıqlarımız var. Keçmişdə birgə həyata keçirdiyimiz kifayət qədər layihələr mövcuddur, buna görə də onları yenidən həyata keçirməyə ehtiyac qalmayacaq”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












