Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Lənkəran Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib.
FHN-dən Avtosfer.az-a verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd qurumlararası koordinasiyalı fəaliyyətin daha da təkmilləşdirilməsi, nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin gücləndirilməsi olub.
Təlim planına uyğun olaraq xilasedicilər şərti nəqliyyat qəzası zamanı avtomobillərdə baş vermiş yanğını qısa müddətdə söndürüb, həmçinin xilasetmə vasitələrindən istifadə etməklə deformasiyaya uğramış avtomobillərdən “zərərçəkmişləri” təxliyə edərək təxirəsalınmaz ilkin yardım göstərdikdən sonra təcili tibbi yardım briqadasına təhvil veriblər.
Uğurla reallaşdırılan təlimdən sonra nəticələr təhlil olunub və müvafiq tapşırıqlar verilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO

















