Nigar Fərhad bloqeri məhkəməyə verdi

Azərbaycanın "Kanal S" telekanalının sabiq aparıcısı, "Oğluma atasız qız almaram" deməklə gündəmə gələn Nigar Fərhad (Əliyeva) bloqeri məhkəməyə verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Nigar Fərhad bloqer Ayan Əliyevadan məhkəməyə şikayət edərək bildirib ki, adıçəkilən bloqer onun şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb. N.Fərhad həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edib.
Şikayət üzrə məhkəmə prosesi keçirilsə də, şikayət əsassız olduğundan təmin edilməyib.
Xatırladaq ki, "Kanal S" telekanalının aparıcısı Nigar Fərhadın verilişdə "Mən oğluma atasız qız almaram" deməsi ictimai narazılığa səbəb olmuşdu. Sosial şəbəkələr aparıcının xalqdan üzr istəməsini tələb edib, Audiovizual Şuranın qərarı ilə kanalın fəaliyyəti bir günlük dayandırılıb, həmin veriliş isə bağlanıb.
Bu prosesdən sonra Ayan Əliyeva adlı bloqer "Instagram" sosial şəbəkə hesabında Nigar Fərhadı kəskin tənqid edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












