Nigerdə qalan türkiyəli sərnişinlər İstanbula aparılır

Nigerdə baş verən hərbi çevrilişdən sonra bu ölkədə qalan Türkiyə vətəndaşlarının təxliyəsinə başlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin Nigerdəki Səfirliyindən məlumat verilib.
Hava məkanının bağlı olmasından xüsusi icazə ilə Türk Hava Yolları aviaşirkətinə məxsus təyyarə İstanbula yola düşüb.
Bildirilib ki, əksəriyyəti Türkiyə vətəndaşı olan 233 sərnişin paytaxt Niameydəki Beynəlxalq Diori Hamani Hava Limanından TK635 reysi ilə İstanbula gedib.
Bu reysin Türkiyə vətəndaşlarının təxliyyəsi deyil, ölkədə müvəqqəti olan və Türkiyəyə qayıtmalı olan vətəndaşlar üçün olduğu vurğulanıb.
Türkiyənin Niameydəki səfirliyi, türk qurumları, Türk-Niger Dostluq Xəstəxanasının əməkdaşları və Nigerdə fəaliyyət göstərən türk şirkətlərində çalışan vətəndaşlar ölkədə qalmağa davam edir.
İyulun 26-da Nigerdə hakimiyyəti ələ keçirən Vətəni Müdafiə Milli Şurası hərbi quruplaşması avqustun 6-da ikinci əmrə qədər Nigerin hava məkanını bağlayıb.
Bundan əvvəl Fransa, ABŞ və İtaliya kimi bəzi ölkələr öz vətəndaşlarını Nigerdən təxliyə etmişdi.
apa
Şiddətli yağışlar başlayacaq: 10-15 gün…
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO










