Nizam Osmanov dindirilən işdə hökm çıxdı

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Təqsirləndirilən şəxslər, ilkin olaraq xüsusilə külli miqdarda - 250 min manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilirdilər. Lakin məhkəmədən əvvəl onlar bu məbləği tam şəkildə dövlətə geri ödəyərək bu epizod üzrə işi bitiriblər. İttihamların qalan hissəsi isə vəzifə səlahiyyətlərini aşmaqla bağlı idi. Bu maddənin sanksiya həddində 3 ildən 7 ilə kimi həbs cəzası nəzərdə tutulur.
Bu iş üzrə müdafiə nazirinin müavini - Maddi Texniki Təminat İdarəsinin rəisi işləmiş general-leytenant Nizam Osmanov da dindirilmişdi. Maliyyə pozuntuları onun işlədiyi dövrdə qeydə alındığı üçün ifadə verməsi zəruri hesab edilib.
Bugünki məhkəmə prosesində Məmmədov ilə Rəhimov vəzifə səlahiyyətlərini aşmaqda təqsirli biliniblər. Lakin məhkəmə onlara münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib.
E.Məmmədov və R.Laçınov 3 il müddətinə şərti məhkum edilərək azadlıqda qalmağa davam edirlər.
Qeyd edək ki, Nizam Osmanov 2023-cü ilin yayına kimi müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. Mənzil İstismar İdarəsi də həmin baş idarənin tabeliyində idi.
Elmar Məmmədov və R.Laçınov həmin ötən ilin yayında həbs edilmişdilər. Bir neçə ay sonra şərait dəyişdiyindən onlar ev dustaqlığına buraxılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












