NİİM-dən yük avtomobillərinin sürücülərinə MÜRACİƏT - FOTO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yük avtomobillərinin sürücülərinə müraciət edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən gün axşam saatlarında Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Yasamal rayonu, Tbilisi prospektində bir neçə nasaz yük avtomobilinin yollarda qalması metronun “20 Yanvar”, “Koroğlu” stansiyaları və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Yüklə dolu belə avtomobillərin yollardan kənarlaşdırılması vaxt aldığından digər nəqliyyat vasitələri dəqiqələrlə sıxlıqda qalmalı olurlar. Xüsusilə də bəzi yük avtomobillərinin sürücüləri belə vəziyyətdə təhlükəsizlik qaydalarına əməl etmədiyindən qəza riski yaranır.
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yük avtomobillərinin sürücülərinə müraciət edərək bildirir ki, yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyəti yoxlanılmalıdır. Avtomobil yolun hərəkəti hissəsində texniki nasazlıq səbəbindən məcburi dayandıqda isə təhlükəsizlik təmin edilməli, qəza dayanma nişanı qoyulmalı və işıq siqnalı yandırılmalıdır", - məlumatda qeyd edilib.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












