Nuradan bulvarla bağlı NÖVBƏTİ ŞİKAYƏT – “Skuter əlindən gəzmək OLMUR” – VİDEO

Müğənni Nura Suri növbəti dəfə Dənizkənarı Milli Parkdan şikayətlənib.
Avtosfer.az xəbər verir ki, axşam saatlarında sözügedən məkana gələn sənətçi restoranların və skuterlərin əlindən gəzə bilmədiyini vurğulayıb.
Nura Dənizkənarı Milli Park ərazisində skuterləri sürmək qadağandır lövhəsini çəkərək, bu qaydaya heç kimin əməl etmədiyini lentə alaraq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
“Bura Dənizkənarı Milli Park, bulvardır. Bura isə hamının istirahəti üçün nəzərdə tutulub. Amma gördüyünüz kimi, bura skuterlərin atraksiyonudur. Burada normal gəzmək mümkün deyil. O boyda söhbətlərdən, şikayətlərdən, saytların yazdığından sonra bulvarda heç nə dəyişməyib. Burada hər yerdə restoranlar və kirayə skuterlər”, - deyə N.Suri bildirib.
Bizim.Media
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












