Ödənişli yoldan əldə edilən gəlir haraya xərclənir?

"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan yığılan məbləğlərin istifadəsi ilə bağlı qanunvericilikdə əsas yaradılmalıdır". Bu barədə dünən Milli Məclisin yaz sessiyasının ilk iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı müzakirə zamanı deyib. O bildirib ki, layihə ödənişli avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsünün və ondan istifadənin hüquqi əsaslarını yaratmaq məqsədilə hazırlanıb. Bəs, hazırda ödənişli yoldan əldə edilən vəsait hansı istiqamətdə xərclənir? Vəsaitin bölgüsü necə tənzimlənir?
Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, toplanan vəsaitin konkret haraya xərclənməsi ilə bağlı məlumat yoxdur:
"Yığılan vəsaitin xərc istiqamətləri öncədən müəyyənləşdirilməlidir. Pullu yollardan yığılan vəsait haraya xərclənəcək, hansı istiqamətlər üzrə xərclənəcək qanunvericilikdə təsbit olunmalıdır. Konkret olaraq vəsaitin haraya xərclənəcəyi, necə istiqamətlənəcəyi ilə bağlı qanunvericilikdə boşluq var, çünki Azərbaycanda pullu yollar təzə yaranır. Əlbəttə ki, vəsaiti dövlətin operator müəssisələri toplayır. Toplanan vəsaitin məhz həmin yolların özünə xərclənməsinə, yolların yaxşı vəziyyətdə saxlanılmasına, yol və infrastrukturun qorunmasına yönəlməsi daha məntiqli və doğru qərar olar".
Sualla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Yaxın zamanda sorğunun nəticələri barədə məlumat verəcəyik.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












