"Ödənişli yollar ödənişsiz yolları baxımsız hala gətirməli deyil" - Ekspert

"Alternativi olan ödənişli yolların tərəfdarıyam. Bir şərtlə ki, bu, ödənişli yoldan istifadə edənlərin sayı artsın deyə alternativ olan ödənişsiz yolların baxımsız hala gətirməsinə səbəb olmamalıdır".
Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, Yeni salınan Bakı–Quba–Rusiya avtomobil yolunun 129 kilometr hissəsinin ödənişli yol kimi müəyyən edilməsini müsbət dəyərləndirir:
"Bunun bir çox aspektlərdən ciddi faydaları olacaq. Amma sərhədlər açılmasa, bu yolun rentabelli fəaliyyəti sual altında qala bilər. Hazırda ölkədə ikinci ödənişli yol kimi Bayıl və Zığ qəsəbələrini Xəzər dənizi üzərindən birləşdirən ödənişli yolun tikintisinə daha çox ehtiyac var. Bakının avtomobil sıxlığını, Bayıldan Zığa aparan küçələrin əsasən alternativsiz olduğunu nəzərə alsaq, bu layihə paytaxtın “rahat nəfəs alması” üçün önəmli layihə olardı. Sürücülərin saatlarla tıxacda itirdikləri zaman bir yana, itirdikləri yanacağın kiçik bir hissəsi müqabilində ödəniş etməklə hərtərəfli faydalana bilərlər. Eyni zamanda, layihəyə çəkilmiş xərc asanlıqla geri dönə bilər. Sonrakı uzun illər boyu davamlı gəlir yeri olar. Ən əsası isə bu dövlət-özəl tərəfdaşlığı üzrə investisiya qoyuluşlarına ciddi töhfə olar".
Qeyd edək ki, ötən gün Nazirlər Kabineti “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” qərar verib. Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.
Unikal
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO
Bakıda dəhşətli qətl baş verdi - FOTO
Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Səkkiz marşrutun hərəkət istiqaməti dəyişdirildi










