Ödənişli yolların olması yaxşıdır, amma ödənişsizlər... - EKSPERT

Bir neçə gün öncə Nazirlər Kabineti Bakı-Quba-Rusiya yolunun bir hissəsinin ödənişli olması barədə qərar qəbul edib. Qərara əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.
Qərarın qəbul edilməsindən sonra ödəşsiz yolların aqibətinin necə olacağı barədə müzakirələr aparılır.
Avtosfer.az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov alternativi olan ödənişli yolların tərəfdarı olduğunu bildirib.
"Amma bir şərtlə ki, bu ödənişli yoldan istifadə edənlərin sayı artsın deyə alternativ olan ödənişsiz yolların baxımsız hala gətirməsinə səbəb olmamalıdır.
Yeni salınan Bakı–Quba–Rusiya avtomobil yolunun 129 kilometr hissəsinin ödənişli yol kimi müəyyən edilməsini müsbət dəyərləndiririk. Bunun bir çox aspektlərdə ciddi faydaları olacaqdır. Amma sərhədlər açılmasa bu yolun rentabelli fəaliyyəti sual altında qala bilər", - o qeyd edib.

Ekspert vurğulayıb ki, hazırda ölkədə ikinci ödənişli yol kimi Bayıl və Zığ qəsəbələrini Xəzər dənizi üzərindən birləşdirən ödənişli yolun tikintisinə hazırda daha çox ehtiyac var:
"Bakının avtomobil sıxlığını, Bayıldan Zığa aparan küçələrin əsasən alternativsiz olduğunu nəzərə alsaq, bu layihə paytaxtın “rahat nəfəs alması” üçün önəmli layihə olardı. Sürücülərin saatlarla tıxacda itirdikləri zaman bir yana, itirdikləri yanacağın kiçik bir hissəsi müqabilində ödəniş etməklə hər tərəfli faydalana bilərlər. Eyni zamanda layihəyə çəkilmiş xərc asanlıqla geri dönə bilər. Sonrakı uzun illər boyu da davamlı gəlir yeri olar. Ən əsası isə bu dövlət-özəl tərəfdaşlığı üzrə investisiya qoyuluşlarına ən ciddi töhfə olar.
Yenə dönürük əsas məsələyə: amma bir şərtlə ki, ödənişsiz yollar baxımsız saxlanılmamalıdır. Əks halda bu ödənişli yoldan istifadə edənlərin də sayının artırılması üçün insanların haqqına girmək olar. Bu isə nə hüquqi baxımdan, nə də mənəvi baxımdan yolverilməzdir".
Modern.az
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










