Oğuzda həmkəndlilərinin mal-qarasını oğurlayan şəxslər saxlanıldı - FOTO

Oğuz Rayon Polis Şöbəsinə (RPŞ) Xaçmaz kəndi ərazisindəki örüş sahəsindən bir baş dananın oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin zərərçəkmişin həmkəndliləri - əvvəllər məhkum olunmuş Elməddin Seydəliyev və Samir Şəkərəliyev olduqları müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.
Davam etdirilən tədbirlərlə E.Seydəliyev və S.Şəkərəliyevin aprel-may aylarında Xaçmaz kəndində ayrı-ayrı şəxslərə məxsus, ümumi dəyəri 6 min manata yaxın olan 3 baş iribuynuzlu və 23 baş xırdabuynuzlu mal-qaranı oğurladıqları da məlum olub.
Onlar ifadələrində törətdikləri cinayət əməlini etiraf edərək, heyvanları Ağdaş, Bərdə, Mingəçevir və Göyçay rayonlarındakı bazarlarda satdıqlarını bildiriblər.
Faktla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməlllərində iştiraklarının olub-olmaması araşdırılır.



Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












