Oğuzda kənd yolu bərbad vəziyyətə düşüb - FOTO

Oğuz rayonunun Xaçmaz kəndinin daxili yolları uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.
Bu barədə "Report"un Şimal-qərb bürosuna yerli sakinlər məlumat verib.
Onların sözlərinə görə, Xaçmaz kəndinin daxili yolları bu günə qədər təmir olunmayıb. Məhz buna görə də kənd yolu sakinlərin gediş-gəlişində böyük problemə çevrilib. Onlar bildiriblər ki, yolda həm nəqliyyat vasitəsilə, həm də piyada gediş-gəlişlərdə böyük çətinlik yaşanır. Yağış yağanda isə əsas yola çıxış mümkünsüz olur. Buna görə də payız və qış aylarında kəndə giriş-çıxış müşkülə çevrilir.
Xaçmaz kənd bələdiyyəsindən "Report"un yerli bürosuna bildirilib ki, kəndin ümumi sahəsi 654 hektar, kənddaxili yolların uzunluğu isə 300 km-dən artıqdır.
Qeyd olunub ki, kənd yollarının 80-85 faizi yararsız haldadır: "Təmir işləri bəzi hallarda bələdiyyə, əksər hallarda isə kənd sakinlərinin şəxsi vəsaiti hesabına həyata keçirilir. Görülən işlər də müvəqqəti xarakter daşıyır. Çünki yağış suları təmir olunan hissələri yenidən yuyub aparır".
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı














