Ölkədə yağıntılı və küləkli hava müşahidə olunur

Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə Avtosfer.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Lənkəran-Astara zonasında yağıntılar leysan xarakterli intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Astarada 84, Lənkəranda 55, Lerikdə 13, Sarıbaşda (Qax) 9, Yardımlıda 8, Qubada 6, Qusarda 5, Xaltanda 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Daşkəsən, Balakən, Oğuz, Qəbələ, Şəki (Kişçay), Zaqatala, Altıağac, Qrız, Xaçmaz, Şamaxı, Xınalıq və Şahdağda 1 mm-dək qeydə alınır.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Qusarda 21, Neftçalada 20, Goranboy və Culfada 19, Naftalanda 18, Sabirabadda 17, Şirvan və Biləsuvarda 16 m/s-dək güclənir.
Daşkəsən, Altıağac, Qusar, Xınalıq, Qrız, Şahdağ, Göygöl, Qax, Lerik, İmişli, Göyçay, Biləsuvarda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












