Ölkəmizi Çində uğurla təmsil edən gənc KİMDİR? - FOTO

Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verərkən verilişin aparıcısı dövlət başçısına Çinə yay düşərgəsinə gələn azərbaycanlı gənc haqqında danışıb. Həmin gəncin orada fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil aldığını və özünə yeni bir gələcək qurduğunu bildirib.
Avtosfer.az xəbər verir ki, haqqında danışılan həmin gənc – doktorant Tağı Məmmədov 2 ildən çoxdur ki, Çində yaşayır. Soydaşımız Pekin Texnologiya İnstitutunda magistr pilləsində təhsil alıb, hal-hazırda isə Çinkianq şəhərində Jiangsu (Çianqsu) Universitetinin doktorantıdır.
Soydaşımızın Çinə olan marağı 2019-cu ildə Yay məktəbinə gedişi ilə başlayıb və o, bundan sonra təhsilini həmin ölkədə davam etdirmək qərarına gəlib.
.jpg)
Tağı Məmmədov bildirib ki: ”Bir neçə ay öncə Çindəki qış iqtisadiyyatı mövzusunda CCGN TV-yə, ölkənin nüfuzlu jurnalistlərindən olan Liu Xinə müsahibə verdim. Mən Liu Xinlə Pekində bir dəfə də görüşdüm. O, mənə Azərbaycanla bağlı suallar verdi və mən də onları ətraflı cavablandırdım”.
Xatırladaq ki, ölkəmizi Çində yüksək səviyyədə təmsil edən Tağı Məmmədov 2024-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə diasporun Qarabağa səfəri çərçivəsində Şuşada olub. Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin tələbələrindən olan Tanq Yuxuan da həmin səfərdə iştirak edib. Onlar sosial şəbəkə hesablarında Qarabağla bağlı paylaşımlar edib, səfərlə əlaqədar geniş məlumat veriblər.
Qeyd edək ki, Çində yaşayan soydaşlarımız, həmçinin bu ölkənin nüfuzlu ali məktəblərində təhsil alan tələbələr Azərbaycanla Çin arasındakı münasibətlərin inkişafına töhfələr verir, icmanın inkişafı istiqamətində uğurlu fəaliyyət göstərirlər və onların fəaliyyəti hər zaman dövlətimizin diqqət mərkəzindədir.
Tağı Məmmədov haqqında və onun Şuşaya səfəri barədə aşağıdakı linklərdən məlumat əldə etmək mümkündür:
https://www.instagram.com/reel/C90NtJ5OxuA/?igsh=MXB5cjFwamRuM2YyNQ%3D%3D;
https://www.instagram.com/reel/DI6omc_TwxD/?igsh=MW40ZG94cXNuMGx4Ng%3D%3D
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA












