Oman Sultanlığı Azərbaycanda səfirlik açacaq

"Oman Sultanlığı Azərbaycanın paytaxtı Bakı şəhərində səfirlik açmağa hazırlaşır".
Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Omanın Azərbaycan və Türkiyə üzrə qeyri-rezident səfiri Saif Raşid əl-Cavari Ankarada Omanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
Səfir bildirib ki, Azərbaycan və Oman müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir:
"Münasibətlərimiz beynəlxalq təşkilatlar çərçivəsində bütün sahələrdə yüksək səviyyədə inkişaf edir".
Səfir iki ölkə arasındakı münasibətlərin də inkişaf etdiyinə diqqət çəkib:
"Bu yaxınlarda Azərbaycanın Omana yeni səfir təyin etməsi də siyasi əlaqələrin inkişafının göstəricisidir".
Qeyd edək ki, ötən ayın sonlarında Azərbaycanın Omandakı səfirliyinin inzibati binasının rəsmi açılış mərasimi keçirilib. Mərasim Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində baş tutub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












