On bir il əvvəl itən təyyarənin axtarışlarına başlanılıb - FOTO

Avstraliyanın qərb sahillərində 11 il əvvəl itən “Malaysia Airlines”a məxsus “Boeing 777-200” təyyarəsinin yeni axtarışlarına başlanılıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “9News” telekanalı məlumat yayıb.
Malayziya hökuməti ilə müqavilə imzalayan Amerikanın “Ocean Infinity” şirkəti tərəfindən həyata keçirilən axtarışlar təxminən 15 min kv.km ərazini əhatə edəcək və Avstraliyanın şərq sahilindəki Pert şəhərindən təxminən 1 500 km aralıda aparılacaq.
Qeyd olunub ki, işlər nisbətən kiçik ərazidə aparılacağı üçün bu, onu daha məqsədyönlü və əsaslı edəcək.
“Boeing 777-200” təyyarəsi 2014-cü il martın 8-nə keçən gecə Kuala-Lumpurdan Pekinə havaya qalxıb və təxminən iki saat sonra radar ekranlarından itib.
Təyyarədə 227 sərnişin və 12 ekipaj üzvü olub. 2015-ci ilin yanvarında Malayziya səlahiyyətliləri təyyarənin qəzaya uğradığını və göyərtəsində olan hər kəsin öldüyünü etiraf edib. Təyyarənin qalıqları hələ də tapılmayıb.

Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












