"Onlar bizi keçmişə qaytarır" - Hikmət Hacıyevdən çağırış

Azərbaycan sülh gündəliyi ilə bağlı əlindən gələn bütün səyləri göstərir.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumunda deyib.
O, Azərbaycan-Ermənistan nizamlama prosesində geriyə addım atılmamasının zəruriliyini vurğulayıb:
"Biz sülh gündəliyi ilə bağlı əlimizdən gələn bütün səyləri göstəririk. Bununla yanaşı, beynəlxalq ictimaiyyətin də dəstəyinə ehtiyacımız var. Bu dəstək bizim gündəmimizə necə yönəldilməli və uyğunlaşdırılmalıdır? İlk növbədə, siyasi dəstək və əlbəttə, siyasi iradə lazımdır".
H.Hacıyev beynəlxalq ictimaiyyətdən sülh prosesinə zərbə vuracaq bəyanatlardan çəkinməyə çağırıb:
"İrəli gedərkən bizə yardımçı olun. Bəzən siyasi bəyanatlarda geriyə aparan elementlər görürük. Bu, həm beynəlxalq media, həm akademik dairələr, həm də beyin mərkəzlərinə yönələn bir çağırışdır. Elə araşdırmalar var ki, onlar bizi keçmişə qaytarır və bu, belə olmamalıdır. Biz gələcəyə baxırıq. Çətinliklərin olduğunu bilirik, amma gəlin sülh gündəminə fokuslanaq və buna nail olmaq üçün çalışaq".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












