“Onlara ömrü boyu yüksək maaş vermək məntiqli deyil”

“Səmimi olaraq düşünürəm ki, 60 manatı 80 və ya 90 manat etsək, Azərbaycan elmi 20-30 faiz irəli getməyəcək”.
Avtosfer.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Elmi ada görə ödəniş etmək - müasir təhsil və elm sistemində belə şey yoxdur. Adamın PHD-si olduğuna görə əlavə pul vermirlər. Elmə görə ödəniş elmi nəticəyə görədir. Tamamilə köklü islahatlara gedib elmi xərcləri elmi nəticələrə bağlamalıyıq. Yəni, elmi nəticə varsa, elm adamının maaşı yuxarı olmalıdır. İnsan nə vaxtsa elmi ad alıbsa, ona həyatı boyu heç nə etmədiyi üçün yüksək maaş vermək məntiqli deyil. Yanaşmamız bundan ibarətdir ki, elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir.
Bu ildən başlayaraq elmi nəticəsi olan 100-ə yaxın alimə əlavə ödənişlər etməyə başlamışıq. Bu prosesi genişləndirməyi düşünürük. Elmi adlar önəmlidir, amma alim olan şəxslərin elmi fəaliyyətləri maliyyələşməlidir. Biz elmi fəaliyyətin maliyyələşməsinin tərəfdarıyıq”, - deyə nazir əlavə edib.
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar












