“Orta Dəhliz” vasitəsilə yükdaşımalar daha da artacaq

Proqnozlar “Orta Dəhliz”də yükdaşımaların daha da artacağını göstərir, bu da onun Şərqlə Qərb arasında yüklərin nəqli üçün sərfəli yol kimi qəbul edilməsi ilə əlaqəlidir.
Avtosfer.az-ın "ADY Express" MMC-ə (“Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti) istinadən verdiyi məlumata görə, “Orta Dəhliz” – dünya logistikasının inkişaf etməkdə olan əsas marşrutlarından biridir. Bu marşrut, keçdiyi regionlarda effektiv yükdaşımaların inkişaf etdirilməsi üçün strateji təşəbbüs kimi yaradılıb. Onun əsas məqsədi, yüklərin hər iki istiqamətində sürətli və effektiv daşımalarını təmin etməkdir.
Qeyd olunan tranzit marşrutu Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Gürcüstan və digər region ölkələrini əhatə edərək əhəmiyyətli iqtisadi bölgələri birləşdirir. Azərbaycan marşrutun yaradılmasında əsas rol oynayıb.
“"Orta Dəhliz", beynəlxalq daşımalar üçün daha cəlbedici marşruta çevrilir və nüfuz qazanır. Proqnozlar “Orta Dəhliz”də yükdaşımaların daha da artacağını göstərir, çünki şirkətlər Şərqlə Qərb arasında yüklərin nəqli üçün marşrutu sərfəli yol kimi qəbul edirlər”, - məlumatda qeyd olunur.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











