Ötən il 676 nəfərin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edildi

Ötən il Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaş müraciətləri əsasında aparılmış yoxlamalar nəticəsində 676 nəfərin (əvvəlki dövrlə müqayisədə 164 nəfər çox) əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üçün illik məlumatında əksini tapıb.
Qanun pozuntularına yol verən işəgötürənlər barəsində ümumilikdə 2 643 000 manat (əvvəlki dövrlə müqayisədə +268 600 manat) məbləğində inzibati cərimə tətbiq olunub.
Bundan başqa, 7 fakt üzrə işçilərin əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur edilməsi halları aşkarlanıb. Həmin hallar üzrə aidiyyəti vəzifəli şəxslər ümumilikdə 8 000 manat cərimələniblər.
Həmçinin tikinti sahəsində işçilərin əmək və ya xidməti müqavilə işə cəlb olunmasına görə, 12 işəgötürən ümumilikdə 105 min manatlıq cərimə olunub.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi məqsədilə keçirilmiş 30 səyyar yoxlama zamanı ciddi pozuntular aşkarlanıb.
Yoxlamalar nəticəsində 1 002 işçidən 57-nin əmək və ya xidməti (mülki) müqaviləsinin olmadığı müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı 12 işəgötürən - hüquqi və fiziki şəxs barəsində ümumilikdə 105 000 manat məbləğində inzibati cərimə tətbiq olunub.
Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










