Ötən il ADY rekord həddə sərnişin daşıyıb

2023-cü ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən rekord həddə – 7 milyon sərnişin daşınıb.
ADY-nin 20 illik hesabtına istinadən xəbərinə görə, Abşeron dairəvi marşrutuna əlavə qatarların buraxılması, Bakı – Qəbələ – Bakı marşrutunun açılması və Bakı – Gəncə – Bakı marşrutunun Ağstafayadək uzadılması, xətt üzərində Qovlar (Tovuz) və Dəllər (Şəmkir) stansiyalarına yenidən dayanacaq verilməsi sayəsində əldə edilən bu göstərici ötən ilin göstəricisindən 38% çoxdur (5,1 milyon nəfər).
“Ötən il həm də ictimai nəqliyyatın yükünü azaltmaq üçün Abşeron dairəvi dəmir yolu xətti üzrə gündəlik 10 reys artırılıb, həmçinin Bakı – Sumqayıt – Bakı marşrutunda ekspres – iki şəhər arasında dayanacaqsız, birbaşa səyahət imkanı yaradan reyslər təyin edilib. Abşeron dairəvi dəmir yolu xəttində aylar üzrə ən çox sərnişin daşınan günlərin orta göstəricisi 26 min nəfər olub (2022-ci ildə 19,4 min nəfər)” – deyə məlumatda qeyd olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












