Ötən il Bakıda sərnişin avtobuslarının alınması üçün 110 milyon manat vəsait ayrılıb - RƏSMİ

2020-ci ildə Bakı Metropolitenində sərnişindaşınma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 40 milyon manat vəsait sərf olunub.
Avtosfer.az-ın məlumatına görə, bu “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Müstəqil Dövlətlər Birliyi ölkələrinə hava nəqliyyatında gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 10 milyon manat, nizamnamə kapitalının artırılması üçün “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 28 milyon manat maliyyə yardımı ayrılıb.
Bakı şəhərində sərnişinlərin ictimai nəqliyyatdan təhlükəsiz və rahat şəkildə istifadə etmələri və avtobus parkının yenilənməsi məqsədilə yeni sərnişin avtobuslarının alınması üçün 110 milyon manat vəsait ayrılıb.
Hesabat ilində Bakı Metropolitenində tikinti və yenidənqurma işlərinin davam etdirilməsi üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 140,2 milyon manat vəsait ayrılıb. Bu vəsait III yeni (Bönəvşəyi) xəttin “B-3” - “B-4” - “B-5” stansiyaların, II (Yaşıl) xəttin “Xətai”-“Y-20” (Yeni Günəşli) sahəsində tikinti-quraşdırma işlərinin aparılmasına, III yeni (Bənövşəyi) xəttin “Xocahəsən” elektrik deposu - “Avtovağzal” stansiyaları arasında tunellərin, elektrik depolarının tikintisi və Bakı Metropoliteninin hərəkət tərkibinin yenilənməsinə xərclənib.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












