Ötən il metrodan ən çox istifadə dekabr ayında olub

İlin digər ayları ilə müqayisədə dekabr ayında metroda sərnişinlərin sayı artıb. Dekabr ayında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 544 min 830-u güzəştli olmaqla, 21 milyon 249 min 687 sərnişin daşıyıb. Bu, orta statistik hesabla gün ərzində 685 min 474 sərnişin deməkdir. Ay ərzində iş günlərində isə orta statistik hesabla 763 min 390 sərnişin metropolitenə daxil olub.
Avtosfer.az-ın “Bakı Metropoliteni” QSC-ə istinadən xəbərinə görə, ən çox dekabrın 4-də sərnişinlər metrodan istifadə ediblər. Belə ki, qeyd olunan tarixdə 804 min 556 nəfər sərnişin metropolitendən istifadə edib. Ən az sərnişin isə dekabr ayının 17-də daşınıb – 378 min 605 nəfər.
Postpandemiya dövründə sərnişin sayının əsaslı şəkildə artmağa başladığı, 3-cü rüb ərzində orta statistik hesabla gün ərzində 681 min 104 sərnişin metropolitenin daşıma xidmətinə müraciət edib.
Metropolitendən istifadə imkanı məhdud olan sərnişinlər üçün nəzərdə tutulan “Əlçatan metro” layihəsi üzrə dekabr ayı ərzində 81 sifariş daxil olub və hamısı icra olunub.
2022-ci ilin dekabr ayı ilə müqayisədə hesabat ayında 43 min 937 və yaxud 0.2 fazi daha az sərnişin daşınıb. 2019-cu ilin dekabrı ilə müqayisədə 2023-cü ilin son ayında 6.87 faiz az sərnişin daşınıb. Bütün bunlara rəğmən 2023-cü ildə ən çox sərnişin dekabr ayında daşınıb.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












