Özünü yandıran qazi VƏFAT ETDİ

İyulun 10-da Sabirabad rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihara cəhd edən Qarabağ qazisi Elvin Cəfərov ötən gecə vəfat edib.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-a açıqlamasında faktı təsdiqləyib.
Qeyd edək ki, 35 yaşlı qazi intihara cəhddən sonra ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.
Sabirabad rayonu Qalaqayın kənd sakini Elvin Cəfəov 3-cü qrup Vətən müharibəsi əlili idi, o döyüşlərdə kontuziya almışdı. Elvin Cəfərovun 2 azyaşlı oğlu var.
Elvin Cəfərov müharibədə “Mauqli” ləqəbi ilə tanınıb. Bildirilir ki, xüsusi təyinatlıların sırasına qoşulmaq üçün onu test ediblər.
Aldığı tapşırıq ermənilərin Laçın meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmək olub. Ağacların başından xeyli kamera yığıb. Beləliklə, adı “Mauqli” qalıb.
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO











