Pakistanlı iş adamları Hövsan Limanını ziyarət etdi - FOTO

Ölkəmizdə səfərdə olan Pakistanın Ticarət Nazirliyinin PITAD rəhbərliyi Salman Jamil, Azərbaycan-Pakistan Ticarət Palatasının sədri Ahsan Zafar Baxtavari və Pakistanlı iş adamlarından ibarət bir qrup nümayəndə heyəti “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-də olublar.
Avtosfer.az xəbər verir ki, qonaqları Hövsan Limanının baş direktoru Rəşad Daşdəmirov qarşılayıb.
R.Daşdəmirov limanı ziyarət edən nümayəndə heyətini liman ərazisində gəmilərin yanalma körpüləri, infrastruktur, limanın yükaşırma texnikaları və limanda yük daşımaların təşkili ilə tanış edib.
Qonaqlara yüklərin daşınmasında Hövsan Limanın coğrafi mövqeyinin əhəmiyyəti barədə məlumat verilib.
Liman haqqında hazırlanmış videoçarx nümayiş etdirilib. Eyni zamanda iki ölkənin şirkətləri ilə iş birliyinin yaradılması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi üçün danışıqlar aparılıb.
Görüşdə iştirak edən qonaqların yükdaşımanın icrası üçün marşrutun seçilməsi barədə verilən suallara dolğun cavab verilib.
Pakistan şirkətləri ilə sıx əlaqələrin yaranması və Xəzər dənizi üzərindən yükdaşımaların başlanılması, həmçinin gələcəkdə yük dövriyyəsinin artırılması barədə əməkdaşlığın inkişafı müzakirə edilib. Pakistan məhsullarının ölkə bazarına gətirilməsi ilə yanaşı, Azərbaycan üzərindən transit yüklərin Türkiyə, daha sonra Avropaya daşınmasının iki ölkə arasında yük dövriyəsinin artırılması üçün səmərəli olcağı qeyd edilib.
Görüşün sonunda “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC ilə Azərbaycan-Pakistan Ticarət Palatası arasında Əməkdaşlıq memorandumu imzalanıb.



Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR










