Paraşütlə tullanan türkiyəli müsiqiçi göydə saksafon çaldı - VİDEO
Xəbərlər
10 Avqust 2023 17:44

Türkiyənin Antalya şəhərinin Alanya rayonunda Ahmet Kuram adlı 25 yaşlı musiqiçi yamac paraşütündə uçuş zamanı musiqi alətində ifa edib.
Təxminən 800 metr yüksəklikdəki Yassıtepedən uçuşa start verən Ahmet Kuram havada saksafon çalmağa başlayıb.
Bir müddət havada qalan Kuram daha sonra Kleopatra çimərliyinə eniş edib.
Türk Musiqisi Dövlət Konservatoriyasının məzunu olan Ahmet Kuram jurnalistlərə açıqlamasında səkkiz ildir saksafonda ifa etdiyini bildirib.
“Uzun müddətdir bu mənim arzum idi. Ekstremal idmanla saksafonu birləşdirmək istədim və ilk dəfə uçuş həyata keçirdim. Beləcə hündürlük qorxumu da dəf etmiş oldum. Bundan sonra ekstremal idmanın başqa növləri ilə də saksofonu birləşdirmək istəyirəm”, - deyə o qeyd edib.
oxu.az
Oxunub : 1486
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
ŞƏRH YAZ












