Partiya sədri: “Yollar sırf texnika ilə təmizlənsə, süpürgəçilər işsiz qalacaqlar”

“Azərbaycanda süpürgəçi qadınların ölümü olduqca ciddi və həssas məsələdir. Bu məsələdə sürücülər də maksimum diqqət göstərməlidirlər. Yol hərəkətinə riayət etməyən avtomobil sürücüləri, onlara sürücülük vəsiqəsi verən qurumların da bu məsələdə məsuliyyət daşıdıqlarını unutmayaq”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Demokrat.az-a Ağ Partiyanın sədri Tural Abbaslı son günlər Bakıda süpürgəçilərin ölüm halları ilə bağlı danışarkən deyib.
Yolların təmizlənməsində texnika əməyindən istifadə edilməsinin də əhəmiyyətli olduğunu vurğulayan Tural Abbaslı bunun üçün ortaq mexanizmin yaradılmasının vacib olduğunu vurğulayıb:
“Yol kənarlarının xüsusi texnika vasitəsilə təmizlənməsi əlbəttə, mümkündür. Lakin bu zaman başqa problemlər də ortaya çıxır. Yollar sırf texnika vasitəsilə təmizlənsə, süpürgəçilər işsiz qalacaqlar. Bilirik ki, onların işlə təmin olunmasına da kifayət qədər diqqət göstərilməyəcək. Düşünəndə ki, bir mənzil-kommunal idarəsi texnika vasitəsilə təmizlənməyə keçsə, bir sürücü və bir texnik işləyəcək. Buna görə də, azı 10-12 nəfər işdən çıxarılacaq. Ona görə də, ortaq bir yol tapılmalıdır. Küçələr texnika vasitəsilə təmizlənsə, bu prosesə başlamazdan əvvəl həmin süpürgəçi qadınlar işlə təmin olunmalıdır.
Digər halda isə, yəni süpürgəçilərin əməyindən istifadəyə davam edilirsə, o zaman onların təhlükəsizliyinin qorunması maksimuma çatdırılmalıdır. Onların həyatları təhlükədən uzaq olmalıdır. Onlara təhlükəsiz şəraitin yaradılması mütləqdir”.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












