Banner

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən xəbərdarlıq

Xəbərlər 6 Oktyabr 2025 09:30 Oxunub 606
Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən xəbərdarlıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

6-10 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə məlumatda qeyd olunub.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh