Paşinyan: “Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır”

“Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.
O, Rusiyanın dəstəyi ilə prosesi başa çatdırmağı gözlədiyini vurğulayıb.
“Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları üzrə üçtərəfli komissiyanın işində irəliləyiş var, lakin hələlik bütün məsələlər həll olunmayıb”, - deyə Paşinyan qeyd edib.
Baş nazir çıxışında İrəvanın Ankara ilə münasibətlərinin normallaşmasına ümid etdiyini bildirib.
“Biz Türkiyə ilə danışıqlara başladıq. Rusiyanın dəstəyi ilə bu ölkə ilə münasibətləri yaxşılaşdıracağımıza ümid edirik”, - deyə o əlavə edib.
Ermənistanın hökumət başçısı həmçinin bəyan edib ki, Rusiyanın Ukrayna ilə müharibəyə başının qarışmasından istifadə edərək Cənubi Qafqazda sabitliyi pozmaq istəyən qüvvələr var.
oxu.az
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











