Paşinyanın təyyarəsi Moskvaya enə bilmədi - YENİLƏNİB

Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsi şəhər üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbindən gecə Moskvaya enə bilməyib.
Avtosfer.az-ın "Sputnik Ermənistan"a istinadən xəbərinə görə, baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bu məlumatı təsdiqləyib.
***11:53
Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvada yerə enə bilməyib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Baza” teleqram kanalı yayıb.
Bildirilib ki, buna səbəb dron hücumu ilə bağlı Moskva aeroportlarının fəaliyyətini müvəqqəti dayandırması olub.
Məlumata görə, Paşinyanın təyyarəsi bir saat ərzində eniş icazəsi gözləyərək Tver vilayətinin üzərində dövrə vurub.
Lakin enişə icazə verilmədikdə təyyarə Sankt-Peterburqun Pulkovo hava limanına yollanıb və gecə saat 01 radələrində orada yerə enib.
Qeyd edək ki, Paşinyan Almaniyaya səfərdən sonra Moskvaya yollanıb. O, Rusiya paytaxtında Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak edəcək.
Onu da xatırladaq ki, Ukrayna ordusu dekabrın 11-nə keçən gecə Moskva vilayətinə kütləvi dron hücumu həyata keçirib. Nəticədə Moskva hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb və Bakı vaxtı ilə təqribən 09:00-da aeroportların işi bərpa edib.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











