Paytaxt sakinini bıçaqlayan sabiq diplomat hakim qarşısında

Bakıda Suraxanı rayon sakini Kamal Şükürova bıçaqla ağır xəsarət yetirməkdə təqsirləndirilən Emin İbrahimovun məhkəmə baxış iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda tərəflərin müdafiəçiləri tərəfindən müəyyən vəsatətlər məhkəməyə təqdim olunub. Daha sonra dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilənə ittiham aktını elan edib.
Cinayət işi üzrə zərərçəkən Kamal Şükürov məhkəməyə sərbəst ifadə verərkən vurğulayıb ki, E.İbrahimovla arasındakı mübahisə təsadüf nəticəsində yaranıb. Nizami rayonu ərazisində səki ilə gedərkən tanımadığı şəxsin çiyninə toxunub. Buna görə qarşı tərəfdən üzr istəsə də o, buna əhəmiyyət verməyərək Kamala zərbə endirib. K.Şükürov qarşılıq verdikdə Emin üzərindəki bıçaqla ona zərbə endirib.
Təqsirləndirilən Emin İbrahimov özünü təqsirli bilməyərək, zərərçəkənin ifadəsinin yalan olduğunu deyib:
"Mən bu uydurma tamaşada rol oynamaq istəmirəm".
Daha sonra o, sərbəst ifadə verərək, özünü müdafiə etməyəcəyini, sadəcə, ittihama münasibət bildirəcəyini söyləyib.
Növbəti iclas martın 12-də keçiriləcək.
Qeyd edək ki, hadisə 2024-cü il iyulun 22-də baş verib. Emin İbrahimov Kamal Şükürova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinərək, məsuliyyətə cəlb olunub, barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, Emin İbrahimov 2007-20-ci illərdə diplomatik korpuslarda çalışıb. O, 2012-16-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-19-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












