Paytaxtda məktəbin yanında yerləşən yol təhlükə saçır - FOTO

Xətai rayonunda yaşayan sakinlər narazıdırlar.
Avtosfer.az-ın məlumatına görə, onlar bildiriblər ki, rayonun Sabit Orucov küçəsi, 1188-ci məhəllədə yerləşən məktəbin yanındakı yol təhlükə saçır.
Bildirilib ki, piyada keçidi olan işarə görünən yerdə quraşdırılmayıb:
“Hər gün burada qəza baş verir. Ərazidə məktəb var və işarə görünmür. Maşınlar sürətlə keçir və yol-nəqliyyat hadisələri qaçılmaz olur. İndi məktəblərdə tətil olsa da, təxminən bir aydan sonra dərslər başlayan zaman uşaqlar, ətrafdan keçənlər üçün bu yol çox təhlükəli olacaq. Eyni zamanda, ərazidə maşınlar dəfələrlə heyvanları vurub”.
Nəqliyyat üzrə ekspert Adil Nəbiyev Oxu.Az-a açıqlamasında bildirib ki, sürücülər yaşayış evlərinin, məktəblərin olduğu yerdən sürətlə keçməməlidirlər:
“Paytaxtımızın bir çox küçələrində təhlükə saçan, gözdən yayınan işıqfor və nişanlar var. Baş verən yol-nəqliyyat hadisələrinin səbəblərindən biri də budur”.
O qeyd edib ki, paytaxt küçələrində xəbərdarlıq nişanları çox azdır:
“Nişanlar ağacların budaqları və ya görünməyən bir yerdə qalır. Aidiyyəti qurumlar birlikdə hərəkət etməli, nişanları görünən yerdə yerləşdirməli, ağacları budamalıdırlar”.
Məsələ barədə aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












