Paytaxtda zədələnən ağacların yerinə yeni ağaclar əkilir - FOTO

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəlmiş birgə reydlər davam edir.
Avtosfer.az xəbər verir ki, qısa müddət ərzində yerli İcra qurumlarının əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən paytaxtın bir sıra rayonlarında səkilərin, buradakı ağacların və yaşıllıqların vəziyyəti monitorinq edilib, qurumuş və ya güclü külək, digər təbii səbəblərdən sınan, zədələnən ağaclar müəyyən edilib və həmin ağacların yerinə yeni ağacların əkilməsi qərara alınıb.
Qeyd edilənlərlə əlaqədar “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilə birgə paytaxtın müxtəlif rayonunlarında küçələr boyunca zədələnən ağacların yerinə yeni ağac əkilməsi ilə bağlı aksiya keçiriblər. Zədələnən 100-dən çox ağacların kök hissəsi çıxarılıb, yerində yeni ağaclar əkilərək onlara aqrotexniki qulluq göstərilib. Bu ağaclara gələcəkdə qulluq göstərilməsi və suvarılması üçün cavabdehlər müəyyən edilib.
Bu işlər digər ərazilərdə də davam etdiriləcək.






Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












