Pentaqon yeni F-35-lərin qəbulunu dayandırıb

ABŞ Müdafiə Nazirliyi qırıcının mühərriklərində istifadə edilən maqnitin Çin materiallarından hazırlandığını aşkar etdikdən sonra yeni F-35-lərin qəbulunu dayandırıb.
"Report" xəbər verir ki, bu barədə “Reuters” Pentaqonun sözçüsü Rassel Qomareyə istinadən məlumat yayıb.
Mətbuat katibi bildirib ki, avqustun ortalarında aparılan araşdırma nəticəsində məlum olub ki, döyüş təyyarəsi mühərrikinin sürtkü nasosunda ərinti var. Eyni zamanda o, maqnitin təyyarə üçün risk yaratmadığını və məlumat ötürmədiyini etiraf edib.
Mühərrik istehsalçısı “Lockheed Martin” bildirib ki, problem kobalt və samarium ərintisi olan “Honeywell F-35” turbomaşınının maqnitindədir.
Nasos istehsalçısı “Honeywell International Inc HON.O” müştərilərin müqavilə tələblərinə cavab verdiyini və yüksək keyfiyyətli məhsullar təqdim etməyə sadiq qaldığını vurğulayıb.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












