Peşə bayramı münasibətilə Azərbaycan vəkil korpusu Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Dekabrın 28-də "Vəkil Günü" peşə bayramı münasibətilə ənənəvi olaraq Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib.
Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum rəhbərləri Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Daha sonra Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum rəhbərləri Şəhidlər xiyabanında ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər, xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i ölkəmizdə “Vəkil Günü” peşə bayramı kimi qeyd olunur.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO














