Pilləkəndən yıxılan uşağı xəstəxanaya yol polisləri çatdırdı - FOTO

Masallı rayonunda faciəli hadisə baş verib. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının Masallı rayonundakı stasionar postuna Masallı rayon sakini İ.İsmayılov yaxınlaşıb. 2 yaşlı övladının təcili olaraq xəstəxanaya çatdırılması üçün kömək istəyib. O, pilləkəndən yıxılan övladına ixtisaslı tibbi yardım göstərilməsi üçün Lənkəran rayonuna gedərkən avtomobildə nasazlıq yarandığını bildirib. Yubanacaqları halda körpənin səhhətində ağırlaşma ola biləcəyini deyib. Dərhal 11-ci tağımın əməkdaşları tərəfindən həmin körpə və valideyni yol-patrul xidməti avtomobili ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Diaqnostika Mərkəzinə çatdırılıblar.
İ.İsmayılov azyaşlı övladının vaxtında tibb müəssisəsinə çatdırılmasında göstərilən köməkliyə, qayğıya görə Azərbaycan Polisinə dərin təşəkkürünü və minnətdarlığını bildirib.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












