"Pilot İnşaat-A" MTK vətəndaşın evini yerlə bir etdi - VİDEO

Bakının Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan "Pilot İnşaat-A" MTK vətəndaşa xəbərdarlıq etmədən onun evini əşyaları ilə birgə yerlə -yeksan edib.
Avtosfer.az xəbər verir ki, bu iddia ilə müraciət edən vətəndaş deyir ki, 2017-ci ildən bu yana evsizdir və MTK ona kompensasiya ödəmir.
Şikayətçi bildiri ki, Camal Rzayev 2017-ci ildə "Pilot İnşaat - A" adlı MTK tərəfindən Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, ev 7 ünvanındakı fərdi yaşayış evi heç bir məhkəmə qərarı olmadan sökülüb. Onun fərdi evi 240 kvadratmetr olduğu halda "Pilot İnşaat - A" MTK vətəndaşa 150 kvadratmetr mənzil təklif edib.
Bundan sonra vətəndaş məhkəməyə müraciət edib.
Camal Rzayev iddia edir ki, məhkəmə qərarına əsasən "Pilot İnşaat - A" MTK vətəndaşa 181 min manat da ödəməlidir. Vətəndaşın iddialarına aydınlıq gətirilməsi üçün "Pilot İnşaat - A" MTK-nın rəhbəri kimi təqdim edən Valeh Ağayev sualların cavabının şirkətin hüquqşünası Etibar Paşayev tərəfindən cavablandırılacağını desə də, o, telefon zənglərinə cavab vermədi. Görünən odur ki, tərəflər yenidən məhkəmə müstəvisində görüşməli olacaqlar.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












