Banner

Pirşağıda evdən 10 min dollar oğurlanıb, qadın tutulub

Xəbərlər 12 Sentyabr 2023 12:09 Oxunub 802
Pirşağıda evdən 10 min dollar oğurlanıb, qadın tutulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sentyabrın 7-də Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki evlərin birindən 2300 manat və 10.000 dolların qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Avtosfer.az-a verilən xəbərə görə, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini olan bir qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh