Polad Həşimovun övladları ilə son FOTOsu

Tovuz döyüşlərində şəhid olmuş əfsanəvi general, Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova şəhidin övladları ilə çəkilmiş son fotosu barədə danışıb.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, həmin foto Polad Həşimovun şəhid olmasından 23 gün öncə çəkilib.
Ofelya Salmanova həmin günü belə xatırlayır:
“Dedi ki, böyük bir göl var, onun kənarında çox gözəl bir yer tanıyıram. Yeməkləri də, havası da əladır. Gedək, bir az hava alaq. Yol boyu çəmənlikləri, yaşıl-boz təpələri göstərir, maraqlı söhbətlər edirdi. Barmağını böyük bir buluda uzadıb “Baxın, nə maraqlı görünür”, - dedi.
Yemək süfrəsi arxasında isə durmadan uşaqların gələcəyindən danışırdı. Çox vaxt “Aybəniz xanım” deyə çağırdığı bircəcik qızımızın bir ildən sonra verəcəyi qəbul imtahanından, həkim olacağından söz açırdı. Övladlarına dünyanın bütün sərvətlərindən daha qiymətli olan ata nəsihətləri verirdi.
Bir ara gölün kənarına çəkilib uzun-uzadı uzaqlara baxdı. Dərin düşüncələrə daldı… Sən demə, o bulud da, uzaqlara dikilən gözlər də Poladın artıq yeni və bizsiz bir yola girdiyinin xəbərçisi imiş. İyirmi üç gün sonra şəhid oldu”.
Qeyd edək ki, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Polad Həşimova Milli Qəhrəman adı verilib.
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR










