Polşada yeni su kanalı istifadəyə veriləcək: Bu yol Rusiyadan asılı olmayacaq

Polşada sentyabrın 17-də Visla körfəzi ilə Qdansk körfəzini birləşdirən yeni su kanalı istifadəyə veriləcək.
Lakin kanalın tikintisi hələ tamamlanmayıb.
Visla körfəzi kanalı Sovet qoşunlarının Polşaya hücumunun (1939-cu ildə) ildönümü günündə açılacaq. Hökumət bunu ölkənin Rusiyadan asılılıqdan imtinasının simvolu kimi xarakterizə edir.
Kanalın fəaliyyətə başlaması ilə Polşa Rusiyanın bölgədəki hökmranlığına son qoymağı nəzərdə tutur. Gəmilərin Visla körfəzindəki bütün limanlara və Elblonq dəniz limanına çıxışı olacaq. Elblonq, Varmiya və bütün Şərqi Polşa üçün isə yeni inkişaf imkanları açılacaq.
“Visla kanalının qazılması sayəsində Polşa Visla körfəzi ilə Baltik dənizini birləşdirən su yolu əldə edəcək və bu yol Rusiyadan asılı olmayacaq. Kanal Polşanın təhlükəsizliyini və suverenliyini təmin edəcək”, - deyə hökumətin bəyanatında deyilir.
Açılış mərasiminin təşkilatçıları artıq kanalı birinci keçəcək kapitanı da tapıblar. Bu, “Zodiak II” barjası (yedək gəmisi - red.) olacaq.
Qdansk körfəzindən Elblonqa qədər olan su yolunun ümumi uzunluğu 23 km-ə qədərdir. Kanalın və bütün yolun dərinliyi isə beş metr olacaq.
oxu.az
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?












