“Prius”u polislərin üstünə sürən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, cari il aprelin 28-də paytaxtın Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1987-ci il təvəllüdlü Rauf Qurbanovun xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq edərək müqavimət göstərməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla Rauf Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi “Toyota Prius”la qərəzli xuliqanlıq hərəkətləri edib insanların həyat və sağlamlığı üçün təhlükəli olan üsulla özgə əmlaklarını qəsdən zədələməsinə, xidməti vəzifələrini yerinə yetirən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşlarına həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rauf Qurbanova Cinayət Məcəlləsinin 186.2.2, (xeyli miqdarda ziyan vurulmaqla özgənin əmlakını qəsdən zədələmə), 221.3 (xuliqanlıq), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA










