Prokuror Əvəz Zeynallıya cəza istəyib

Rüşvət almaqda ittiham olunan jurnalistlər Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.
Prokuror müttəhimlərin ittiham edildikləri maddələrlə təqsirli bilinmələrini, Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il müddətə azadlıqdan məhrum edilməsini tələb edib.
Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.
R.Şükürov da Ə.Zeynallı ilə birgə ittiham olunur. O da küllli miqdarda rüşvət almaqda ittiham edilir. (qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












