Prokuror “Tərtər işi” ilə bağlı ittiham edilənlərə 12 ilə qədər həbs istədi

“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik- leytenant Rəşid Niftəliyev, MAXE əsgərlər - Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror Vüsal Ələsgərovun 10 il, Rüstəm Ələsgərovun 12 il, Rəşid Niftəliyevin 9 il, Ramil Qarayevin isə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, sözügedən şəxslər hərbi qulluqçulara işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə və vəzifə səlahiyyətlərini aşmaqdatəqsirləndirilirlər.
Vüsal Ələsgərov, Rüstəm Ələsgərov, Ramil Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Fuad Axundov CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












