Prokurorluq 4 ildir itkin düşən Cavidlə bağlı ÇAĞIRIŞ ETDİ - VİDEO

Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.
Məsələ ilə bağlı “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi”nə açıqlama verən Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov Cavid Bayramovun yaxın qohumları və qeyd olunan cinayət işi üzrə hər hansı informasiyaya malik olan şəxslərə çağırış edib.
O, bu şəxslərdən prokurorluğa yaxınlaşıb, informasiyaları istintaqla bölüşmələrini xahiş edib: “Cavid Bayramovun itkin düşməsi faktı ilə bağlı 2020-ci ildə Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanıb. Əfsuslar olsun ki, hazırkı vaxtadək Cavid Bayramovun yerini müəyyən etmək mümkün olmayıb. Qeyd olunan cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılıb, çoxsaylı şahidlər dindirilib, üzləşdirmələr aparılıb. Hazırkı vaxtadək Cavid Bayramovun yerinin müəyyən olunması məqsədilə hüquq mühafizə orqanları tərəfindən birgə və kompleks işlər həyata keçirilir. Aparılan araşdırmalarla müəyyən olunub ki, Cavid Bayramov 2020-ci il may ayının ikisi saat 18 radələrində heyvan almaq adı ilə evdən çıxıb və bir müddətdən sonra yaxın qohumları onunla əlaqə saxlamaq istəsə də, ona zəng çatmayıb. Ondan sonra Cavid Bayramovdan hər hansı bir informasiya əldə etmək mümkün olmayıb. Telefon danışıqları ilə bağlı məsələyə aydınlıq gətirmək istərdim ki, Cavid Bayramovun istifadəsində olan bütün mobil telefon nömrələri üzrə danışıqlar təhlil olunub və bu təhlil hüquq mühafizə orqanları tərəfindən koordinasiyalı şəkildə həyata keçirilib. Hazırda hər hansı bir yeni bir sübut, yeni bir dəlil ortaya çıxarılarsa onların hər biri üzrə detallı şəkildə araşdırma aparılacaq”.
Ətraflı süjetdə:
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












