PUA-lar vasitəsilə neft təsislərinə hücum edildi

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi martın 7-də “Aramco” şirkətinin Ras Tanura limanındakı və Dharhan ərazisindəki neft təsislərinə dənizdən PUA-larla hücum edildiyi barədə xəbəri təsdiqləyib.
Avtosfer.az rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, nazirlik Yəməndəki Hutsi qiyamçılarının hücumları nəticəsində insan tələfatı və neft anbarlarında zərərin olmadığını bəyan edib. Krallığın Müdafiə Nazirliyi bazar günü 12 ədəd PUA və 2 ballistik raketin zərərsizləşdirildiyi barədə məlumat yayıb.
Səudiyyə Ərəbistanı bu hücumları qlobal iqtisadiyyata və neft bazarına qarşı təxribat adlandırıb. İslam Əməkdaşlıq Təşkilatı və Körfəz ölkələri neft təsislərinə növbəti təxribatı qınayan bəyanatlar verib.
2019-cu ilin sentyabrında “Aramco” şirkətinin Əbqaiq neft təsislərinə və Hicrət Xuraiq yataqlarına raket hücumları nəticəsində 5,7 milyon barrel xam neftin, yaxud Səudiyyə Ərəbistanının gündəlik hasilatının 50 faizi dayandırılmışdı.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












