“Putinin təyyarəsinə icazə verməyə hazırıq”

Bolqarıstan Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin Macarıstanda keçirilməsi planlaşdırılan danışıqlara yollanması üçün öz hava məkanından istifadəsinə icazə verməyə hazırdır.
Avtosfer.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Bolqarıstanın XİN rəhbəri Georq Georgiyev açıqlayıb.
Onun sözlərinə görə, sülhə nail olmaq üçün səylər göstərildikdə, ən məntiqli addım mümkün bütün vasitələrlə bu görüşə vasitəçilik etməkdir: “İştirakçılardan biri görüşə gələ bilmirsə bunu necə təşkil etməyi düşünürlər?”.
Bununla belə, “Euractiv” portalı isə Rusiyadan Bolqarıstana belə bir müraciətin hələ daxil olmadığını vurğulayıb. Portal xatırladıb ki, Bolqarıstan Macarıstanla sərhəd olmasa da, Macarıstan və Bolqarıstan Serbiya ilə sərhədə sahibdirlər.
Xatırladaq ki, oktyabrın 16-da ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında telefon danışığı baş tutub. Bunun ardınca, ABŞ lideri Budapeştdə tərəflər arasında görüş keçiriləcəyini bildirib. Macarıstanın Baş naziri Viktor Orban isə həmin sammitin təşkili üçün komitə yaradılmasına göstəriş verib.
Onu da bildirək ki, 2022-ci ildə Avropa İttifaqı Ukraynadakı müharibə ilə bağlı öz hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












