Putinin yaxtası həbsdədir - Amma kimsə onun təmirinə milyonlar xərcləyir

Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilən “Scheherazade” super yaxtası Ukraynada müharibə başlayandan az sonra İtaliya sahillərində həbs edilib və hazırda əsaslı təmir edilir. 700 milyon dollar dəyərində qiymətləndirilən yaxtanın təmiri və yenidən qurulması üçün pulları konkret olaraq kimin ayırdığı sirr olaraq qalır.
Avtosfer.az xatırladır ki, İtaliya "Scheherazade"ni ötən ilin mayında həbs etmişdi.
Lakin Britaniyanın “Financial Times” qəzetinin yazdığına görə, yaxtanın adı açıqlanmayan sahibinə icazə verilib ki, o, 92 nəfərdən ibarət heyətin maaşlarını və texniki xidmət haqqını ödəsin.
Qeyd edək ki, yaxta hazırda Toskaniyanın "Marina di-Karrara" limanında lövbər salıb.
Yeri gəlmişkən, “Scheherazade” yaxtası Qərb ölkələri tərəfindən Rusiya Federasiyasına qarşı genişmiqyaslı sanksiyalar çərçivəsində ələ keçirilən çoxsaylı ultra-lüks aktivlərdən biridir.
2020-ci ildə tikilmiş 140 metrlik “Scheherazade” altı mərtəbədən, iki helikopter meydançasından, üzgüçülük hovuzundan, gözəllik salonundan və zərli vanna otağından ibarətdir. Hazırda gəmi Milanda qeydiyyatdan keçmiş Italiyanın "Sea Group" şirkəti tərəfindən əsaslı təmir olunur.
"Financial Times" nəşri məlumatı təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib.
Vəziyyətlə tanış olan mənbələr Britaniya qəzetinə bildiriblər ki, yaxtanın rəsmi sahibi Rusiya dövlət neft şirkətinin sanksiyaya məruz qalmış “Rosneft”in keçmiş baş direktoru Eduard Xudaynatovdur.
Lakin "Bloomberg"in ötən ilin may ayında verdiyi məlumata görə, oliqarx Eduard Xudaynatov sadəcə fiqurdur. Əslində o, gəminin əsas sahibi deyil.
ABŞ səlahiyyətliləri super yaxtanın prezident Putinə aid ola biləcəyinə inanırlar, xüsusən də bu barədə keçən ilin martında "The New York Times" yazıb.
Bizim.Media
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












